Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) ilə görüşüb.

Azunion.org Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yaParisvarın 16-da keçiriləcək.