“Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatdı

Mayın 22-si Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Trend-in məlumatında görə Azərbaycan təmsilçisi Elnur Hüseynov “Hour of the Wolf” balladası ilə çıxış edib.

Balladanın müəllifləri İsveçli Nikolas Rebşer, Niklas Lif, Lina Xanson və Sandra Byurmandır.

Müsabiqənin ikinci yarımfinalında 17 ölkə iştirak edib. Bunlar Litva, İrlandiya, San-Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çexiya, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa olub.

Qeyd edək ki, finala yalnız 10 ölkə keçib: Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Monteneqro, Kipr, Azərbaycan, Latviya və İsrail.

Sayca 60-cı olan “Eurovision-2015” mahnı müsabiqəsinin final mərhələsi mayın 23-ü keçiriləcək.