“Eurovision 2020” Rotterdamda keçiriləcək

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları gələn il tədbirin yeni məkanı olaraq Hollandiyanın Rotterdam şəhərini seçiblər.

Trend-in məlumatına görə, müsabiqə gələn il 12, 14 və 16 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, bu il “Eurovision” Mahnı Müsabiqəsi İsraildə keçirilib. Konsertdə 26 ölkədən olan iştirakçılar iştirak ediblər. Beynəlxalq mahnı müsabiqəsindəki qələbəni Hollandiyadan olan Duncan Lawrence qazanıb. İkinci yeri İtaliya təmsilçisi Mamud, üçüncü yeri isə rusiyalı müğənni Sergey Lazarev tutub.