“Eurovision”un birinci yarımfinalı

“Eurovision 2015” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub. 

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən gecəni “Eurovision 2014″ün qalibi Konçita Vurst açıb. Birinci yarımfinal üçün hazırladığı mahnısını səsləndirən ifaçı bütün iştirakçıları səhnəyə dəvət edib. 

“Wiener Stadthalle” arenasında baş tutan müsabiqədə 16 ölkənin təmsilçisi səhnəyə çıxıb: 

Moldova: “I Want Your Love” – Eduard Romanyuta 

Belçika: “Rhythm Inside” – Loic Nottet 

Niderland: “Walk Along” – Trijntje Oosterhuis 

Finlandiya: “Aina Mun Pitää” – Pertti Kurikan Nimipaivat 

Yunanıstan: “One Last Breath” – Maria-Elena Kyriakou 

Estoniya: “Goodbye To Yesterday” – Elina Born & Stig Rasta 

Makedoniya: “Autumn Leaves” – Daniel Kajmakoski 

Serbiya: “Beauty Never Lies” – Bojana Stamenov 

Macarıstan: “Wars For Nothing” – Boggie 

Belarus: “Time” – Uzari&Maimuna 

Rusiya: “A Million Voices” – Polina Qaqarina 

Danimarka: “The Way You Are” – Anti Social Media 

Albaniya: “I’m Alive” – Elhaida Dani 

Rumıniya: “De La Capat/ All Over Again” – Voltaj 

Almaniya: “Warrior sung” – Nina Sublatti 

Ermənistan: “Face The Shadow” – Genealogy 

Onlar arasından Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb. 

İkinci yarımfinal mayın 21-də baş tutacaq.
 
Ölkəmizi bu il mahnı müsabiqəsində “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək Elnur Hüseynov 11-ci nömrə altında çıxış edəcək.
 
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır. “Eurovision”ın final günü mayın 23-də baş tutacaq.