Finlandiyada axtarışa verilən Rusiya vətəndaşı Azərbaycanda tutuldu

Finlandiyanın beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

Azunion.org xəbər verir ki, Finlandiyada vergidən yayındığına görə “İnterpol” xətti ilə axtarışda olan Rusiya vətəndaşı 66 yaşlı Pavel BağırovAzərbaycanın Qusar rayonunda saxlanılıb.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində aaraşdırma aparılır.

Pavel Bağırovun Finlandiyaya ekstradisiya ediləcəyi gözlənilir.