Fizuli Məmmədov: «İndi birləşmək zamanıdır»

“Təşkilatımızın qapıları bütün həmvətənlərimizin üzünə açıqdır”

Vesti.Az ın Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın sədri, ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, ictimai xadim və siyasətçi Fizuli Məmmədovla müsahibəsi.

– Fizuli müəllim, son aylar Dünya Azərbaycanlıları İttifaqı təsir dairəsində olan ölkələrin miqyasını əhəmiyyətli dərəcədə genişləndirib. İttifaqın Türkiyədə, Almaniyada, İsveçdə, Ukraynada, İtaliyada və digər ölkələrdə nümayəndəlikləri açılıb. Əksər Azərbaycan diaspor təşkilatlarının böhran yaşadığı bir şəraitdə buna necə nail oldunuz?

– Uğurlarımızın sirri sadədir. Biz heç bir yerdə intriqalarla nəticələnən rəqabət atmosferi yaratmağa çalışmırıq. Bütün ölkələrdə biz çalışırıq ki, artıq mövcud olan diaspor təşkilalatları ilə münasibətləri yoluna qoyaq. Bizim ittifaqa uzun illər müxtəlif təşkilatlarda diaspor işləri ilə məşğul olmuş və diasporla iş üzrə samballı təcrübəyə malik olan insanlar gəlir. Bizim ittifaqa daxil olmaq istəyən və əməkdaşlıq arzusunda olanlar çoxdur. Amma, işgüzar münasibətlər yaratmadan öncə, onların fəaliyyətini və əvvəllər işlədiyi təşkilatların tarixini diqqətlə araşdırırıq. Gələcək tərəfdaşlarımızın və nümayəndələrimizin nüfuzunu öyrənirik. Nəticə olaraq DAİ nin nümayəndəsi vəzifəsinə qüsursuz reputasiyaya malik insanları seçirik.

– Fizuli müəllim, bəs İttifaqda ilk növbədə kiminlə əməkdaşlıqdan imtina edirsiz?

– İlk növbədə o şəxslərlə əməkdaşlıqdan imtina edirik ki, onların artıq korlanmış reputasiyası var. Belə insanlar bizə lazım deyil. Lakin, əgər hər hansı bir ölkədə nümayəndəmiz olmaq arzusunda olan insanın reputasiyası yaxşıdırsa, o zaman onu DAİ nin Baş Şurasının növbəti iclasına dəvət edirik. Baş Şuranın üzvləri ona müxtəlif suallar verirlər və bu suallardan bəziləri lakmus kağızı kimi həmin şəxsin qüsurlarını və müsbət cəhətlərini göstərir. Əgər həmin insan Azərbaycan diasporunun hər hansı təşkilatını və ya nümayəndəsini qaralamağa və intriqa yaratmağa cəh edirsə, o zaman həmin şəxsə DAİ nin yolunu həmişəlik bağlayırıq. İntriqantlar və kinli insanlarla biz bir yolu getmirik. İttifaqımızın ətrafında bütün dünyadakı Azərbaycan diasporlarını birləşdirə bilmək üçün bizə yalnız pozitiv düşüncəli və mehriban xarakterli, bütün həmvətənlərimizlə xoş münasibətlər yaratmağı bacaran insanlar lazımdır.

– Amma, DAİ Azərbaycan diasporlarını birləşdirməyə cəhd etdiyi bir vaxtda digər Azərbaycan diaspor təşkilatlarının parçalanması və süqutu baş verir. Bir müddət əvvəl Dünya Azərbaycanlıları Konqresi dağıldı və Rusiya azərbaycanlılarının federal milli – mədəni muxtariyyatı (AzərRos) parçalandı. Sizin fikirinizə görə azərbaycan diasporunun bu parçalanması nə ilə əlaqədardır?

– Azərbaycan diasporunun başlıca problemi liderlik uğrunda mübarizədir. Məhz diaspor quruluşlarının bəzi rəhbərlərin bu yüksək liderlik ambisiyaları bu ictimai təşkilatlar içərisində müxtəlif intriqalara gətirib çıxarır. Həm Dünya Azərbaycanlıları Konqresi, həm də AzərRos belə intriqaların qurbanı oldu. Çox böyük təəssüf olsun ki, diaspor rəhbərləri arasında “ən birinci” olmaq adı uğrunda sərt mübarizə bu gün azərbaycan diasporunun yalnız Rusiyada yox, dünyanın digər ölkələrində də başlıca problemi olaraq qalır. Bütün intriqalar o zaman başlayır ki, kimin ən başda oturacağına və kimin daha çox hakimiyyətə və təsirə malik olacağına dair pərdə arxasında danışıqlar aparılır. Həmişə belə söhbətlər diaspor təşkilatları içərisində müxtəlif qruplaşmaların yaranması və daha sonra da nəticə olaraq həmin təşkilatların dağılması ilə nəticələnir.

– Fizuli müəllim, bəs nə üçün azərbaycan diasporunun ictimai təşkilatları, o cümlədən də AzərRos öz təşkilatları daxilində yaranan münaqişəli durumu həll etmək üçün, Diasporla İş üzrə Dövlət Komitəsinə yox, məhkəmələrə üz tuturlar? Məntiqlə düşünsək, azərbaycan diasporu daxilindəki bənzər mübahisələrin həlli ilə məhz Azərbaycanın bu dövlət təşkilatı məşğul olmalıdır.

– Bəli, haqlısınız. Azərbaycanın Diasporla iş üzrə dövlət komitəsi belə münaqişəli vəziyyətlərin həllində fəal iştirak etməlidir ki, bizim diaspor təşkilatları öz strukturları daxilində ortaya çıxan intriqaları biruzə verməsinlər. Lakin, böyük təəssüf olsun ki, bu Komitə azərbaycan diasporu daxilində bu münaqişə vəziyyətlərinin həlli üçün Münsiflər məhkəməsi rolu oynamaq yerinə kənara çəkilib və 10 milyonlarla həmvətənimizin gözü önündə DAK, AzərRos və digər belə böyük və nüfuzlu diaspor təşkilatlarının dağılmasını sakitcə müşahidə edir. Buna baxmayaraq, biz bu dövlət komitəsinə böyük ümidlər bəsləyirik. Unutmaq lazım deyil ki, Azərbaycan Diasporla iş üzrə dövlət komitəsini vaxtilə ümummilli lider Heydər Əliyev yaradıb. O diasporu millətin qanadları adlandırmışdı.

– Fizuli müəllim, azərbaycan diasporunu dağıdan intriqantlar və dedi-qoduçular qəsdən belə məlumat yayırlar ki, Azərbaycanın Diasporla iş üzrə dövlət Komitəsi yalnız Azərbaycan hakimiyyətinə sadiq olan və rəsmi Bakıdan maliyyə və siyasi yardım alan “cib” diaspor təşkilatlarına dəstək verməklə məşğuldur. Bununla əlaqədar nə deyə bilərsiz?

– Bilmirəm, sizdə bu məlumat hardandır. Lakin, əgər bu məlumat doğrudursa, onda Diasporla iş üzrə Dövlət komitəsinə başucalığı gətirmir və ancaq azərbaycan diasporunun bölünməsinə kömək edir. Buna baxmayaraq, həmvətənlərimizin hər hansısa təşkilatlarını açıq şəkildə “cib” təşkilatı adlandırmazdım. Kimisə alçaltmaq və intriqa yaratmaq mənim işim deyil. İstənilən oxşar söhbətlər azərbaycan diasporunu yalnız parçalamağa xidmət edir. Biz isə əksinə Dünya Azərbaycanlıları İttifaqı hüdudlarında bütün dünya azərbaycanlılarının diaspor təşkilatlarını birləşdirməyə çalışırıq.

Bundan başqa mən inanıram ki, azərbaycanlıların bütün diaspor təşkilatları ilə Azərbaycan hakimiyyəti arasında mehriban münasibətlər olmalıdır. Azərbaycanın Diasporla iş üzrə Dövlət komitəsinin timsalında həmvətənlərimizin diaspor təşkilatları etibarlı himayəçi tapmalıdırlar, azərbaycan hakimiyyəti isə diaspor təşkilatlarının simasında öz etibarlı dayaqlarını görməlidir.

– Bəs Dünya Azərbaycanlıları İttifaqı ilə Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi arasındakı münasibətlər necədir?

– Biz Diasporla iş üzrə Dövlət komitəsi ilə xoş münasibətlər qurmağa cəhd edirik, mən düşünürəm ki, azərbaycan diasporunun bütün təşkilatları bu dövlət komitəsinin ətrafında cəmləşməlidirlər. Dünya Azərbaycanlıları İttifaqı bu ilin fevral ayından etibarən Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimova əməkdaşlıq təkliflərini ifadə edən 5 məktub ünvanlayıb. Biz bu dövlət qurumu ilə sıx işgüzar əlaqələr qurmaq üçün Komitənin rəhbəri ilə görüşmək istədik. Biz onlara maliyyə dəstəyi üçün müraciət etmədik. Bizim özümüzün kifayət qədər maliyyələşmə mənbələrimiz vardır. Son məktubları biz sırf maraq xatirinə göndərdik və düşündük ki, bəlkə ola bilsin məktublar hər hansı intriqa səbəbindən Nazim İbrahimova çatmayıb. Amma, təəssüf ki, məktublarımızdan heç birinə cavab gəlmədi. Əgər Dünya Azərbaycanlıları Konqresinin dağılmasının qarşısını almaq və AzərRos daxilində və ətrafında baş verən intriqaları dayandırmaq üçün Diasporla iş üzrə Dövlət Komitəsi heç nə etmədisə, eyni zamanda Dünya Azərbaycanlıları İttifaqı kimi samballı diaspor təşkilatının 5 məktubundan heç birinə cavab vermədisə, deməli bu Dövlət Komitəsinin işindən çox şey gözləməyə dəyməz.

– Fizuli müəllim, Azərbaycan diasporu daxilindəki intriqalara son qoymaq üçün nə etməyi təklif edirsiz?

– Diaspor daxili intirqalara və ayrılıqlara birdəfəlik və həmişəlik son qoymaq üçün təcili olaraq həmvətənlərimizin bütün diaspor quruluşları tərəfindən əməl ediləcək “Azərbaycan diaspor təşkilatlarının etik normaları Kodeksi” qəbul edilməlidir.

– Belə Kodeksin əsasında hansı kriteriyalar dayanmalıdır?

– Bu Kodeksdə həmvətənlərimizin diaspor təşkilatlarının rastlaşdığı problemləri həll edə biləcək normalar işlənib hazırlanmalıdır. Azərbaycan diasporlarının bir vahid “qanad” altında birləşməsi üçün diasporların işi ilə məğul olan insanlar müəyyən kriteriyalara əməl etməlidirlər. Məsələn, diaspor təşkilatlarında effektiv kollegial rəhbərlik sistemi işlənməlidir, o zaman qərarlar hakimiyyəti mənimsəyən təkbaşına şəxs tərəfindən yox, həmvətənlərimizdən ibarət nüfuzlu və dəyərli insanlar tərəfindən geniş tərkibdə qəbul ediləcəkdir. İdarəetmə orqanlarının belə bir iş mexanizmində diaspor təşkilatında yüksək vəzifə tutan insan öz liderlik ambisiyalarını ölçməyə və azaltmağa məcbur olacaqdır. Bu isə diasporda komanda ruhu yaradacaq və təkbaşına hakimiyyət uğrunda mübarizələrə son qoyacaqdır. Dünya Azərbaycanlıları Konqresində və AzərRosda baş verdiyi kimi diaspor təşkilatlarının dağılmasına məhz liderlik uğrunda mübarizə səbəb olur.

Bundan başqa, bütün dünyada azərbaycanlıların imicini və Azərbaycanın nüfuzunu qorumaq və yaxşılaşdırmaq üçün diaspor liderləri öz aralarındakı çəkişmələri KİV vasitəsilə ictimailəşdirməməlidirlər. Diasporumuzun hər hansı təşkilatında hər hansı vəzifə tutan istənilən azərbaycanlı bir “qızıl” qaydaya əməl etməlidir: “ictimaiyyət önündə azərbaycanlılar və Azərbaycan haqqında ya yaxşı danışmaq lazımdır ya da heç danışmamaq”.

Ortaya çıxan “Azərbaycan diaspor təşkilatlarının etik normaları Kodeksi” nin ayrı-ayrı şəxslərin yox, bütün diasporun mövqeyini əks etdirməsi üçün hər bir həmvətənimiz bu sənədin hazırlanması prosesində öz düşüncəsini ifadə edə bilməli, Kodeksin yekun variantı isə bütün dünyadakı azərbaycan diaspor təşkilatlarının beynəlxalq qurultayında qəbul edilməlidir.

  Fizuli müəllim, amma dediyiniz kimi bir qurultayın keçirilməsi ağır məsələdir və yəqin ki, böyük təşkilatçılıq və ciddi maliyyə resursları tələb edir.

– Dünya Azərbaycanlıları İttifaqı belə bir qurultayı təşkil etməyə və onun keçirilməsi üçün maliyyə mənbələrinin axtarılmasında kömək etməyə hazırdır. Biz belə bir tədbirin qiymətini və əhəmiyyətini gözəl bilirik. Lakin, bizim diasporumuzun həmrəyliyi naminə maliyyə resurslarının bir qismini qurban vermək olar. Çünki, nə vaxta qədər ki, “Azərbaycan diaspor təşkilatlarının etik normaları Kodeksi” olmayacaq, azərbaycan diapsorunun birləşməsi haqqında danışıqlar boş səs olaraq qalacaqdır.

– Azərbaycan diasporunun bəzi nümayəndələri bir müddət əvvəl Rusiya Ədliyyə Nazirliyində “Rusiya Azərbaycanlılarının İttifaqı” adlı yeni ictimai təşkilat qeydiyyatdan keçirməyə cəhd ediblər, amma imtina olunub. Bununla bağlı nə deyə bilərsiz?

– Hər bir şəxsin öz ictimai təşkilatını yaratmaq hüququ vardır. Amma, əgər kim isə həqiqətən azərbaycan diasporunun vahid struktur altında birləşməsini istəyirsə, o zaman bunu Dünya Azərbaycanlıları İttifaqının çərçivəsində edə bilərlər. Təşkilatımızın qapıları bütün həmvətənlərimizin üzünə açıqdır. Məni bir müddət əvvəl 5 il müddətinə Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın sədri və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri vəzifələrinə seçiblər. Azərbaycan diasporunun konsolidasiyası naminə mən hər 2 vəzifəni DAİ nin və ÜAMF ın növbəti qurultaylarında həmvətənlərimizdən seçiləcək istənilən hörmətli və nüfuzlu şəxsə  güzəştə getməyə hazıram. Mənim heç bir ambisiyam və diaspora üzərində “əmr” vermək planlarım yoxdur. Mən düşünürəm ki, bizim diasporumuzun birləşməsi kollegial rəhbərlik altında baş verməlidir, ayrı-ayrı şəxslərin liderlik uğrunda mübarizəsi nəticəsində yox.

– Fizuli müəllim, siz Rusiyada azərbaycan diasporunu yaradanlardan birisiniz. Sizin fikrinizcə, bizim diasporumuzun həmrəyliyinə nə mane olur?

– Mən 1988 ci ildə Azərbaycan Diasporunu yaradan ilk şəxslərdən biri olmuşam.  O zaman biz ilk növbədə diasporumuzun birliyi haqqında düşünürdük. Buna görə də ilk diaspor təşkilatımızı “Azərbaycan birliyi” adlandırdıq.(«Единство Азербайджана»). AzərRos daxilindəki və ətrafındakı münaqişə onu göstərdi ki, hətta 27 il keçsə də azərbaycan diasporunun birləşməsi məsələsi əvvəlki kimi həll edilməmiş qalır. Bu gün bütün azərbaycan diasporu üçün ən başlıca problem birlik və həmrəylik məsələsidir. Bizim diasporumuzun birliyinə liderlik uğrunda mübarizə mane olur, hətta bu mübarizə tez-tez çirkli məlumat müharibəsinə çevrilir. Buna görə də nə zamana kimi ümumi səyimizlə “Azərbaycan diaspor təşkilatlarının etik normaları Kodeksi” qəbul etməmişik, bizim diasporumuz əvvəlki kimi dağınıq qalacaqdır.

– Siz “Azərbaycan birliyi” ilk diaspor təşkilatınızı necə yaratmışdınız?

– Biz ilk diaspor təşkilatımızı yaradanda, hər birimizdə böyük coşqu var idi. Biz öz şəxsi maraqlarımızı düşünmürdük və bütün gücümüzü, vəsaitimizi azərbaycan diasporunun qurulması üçün sərf edərək yalnız ümumi işimiz naminə çalışırdıq. O zaman hələ “diaspor” anlayışı yox idi. O əsl Azərbaycan patriotlarının birləşdiyi azərbaycan vətənpərvərliyi idi. Moskvada yaşayan bir çox tanınmış azərbaycanlılar tədbirlərimizdə iştirak etməyə çalışırdılar. “Azərbaycan birliyi” təşkilatının yaradılması prosesində o zaman vəzifədən getdikdən sonra Moskvada yaşayan Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə məsləhətləşdik. Heydər Əliyev ümummilli lider kimi diasporumuzun birləşdirilməsi, Rusiyada yaşayan yerlilərimizə, xüsusilə də Moskva məktəblərində təhsil alan tələbələrə köməklik göstərilməsi, onlarla birgə fəaliyyət haqqında dəyərli məsləhətlər verdi. Heydər Əliyev bizə doğma Azərbaycanımızın nüfuzunu artırmaq və azərbaycanlıların imicini korlamamaq üçün fəal iş aparmağı tövsiyyə etdi.

– Diaspora bağlı belə bir tarixdən sonra yəqin ki, Azərbaycan hakimiyyəti ilə xoş münasibətləriniz yaranıb. Bununla bağlı nə deyə bilərsiz?

– Münasibətlər ikitərəfli olur. Mən və rəhbərlik etdiyim diaspor təşkilatları Azərbaycan hakimiyyətinə qarşı dost münasibətdəyik. Biz Rusiyada və Avropanın digər ölkələrində Azərbaycanın etibarlı dayağı olmağa çalışırıq. Azərbaycan hakimiyyətinin mənə və bizim diaspor təşkilatlarına necə münasibət bəslədiyini isə onlardan soruşsanız daha yaxşı olar.

  Fizuli müəllim, siyasətlə məşğul olmaq fikriniz varmı?

– Maraqlıdır ki, bu sualı martdan bəri bir çox jurnalistlər mənə veriblər. Məndə artıq belə bir təəssürat yaranır ki, kimdəsə məni siyasi intriqalara cəlb etmək üçün güclü istək var, xüsusilə də bu payızda Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində. Lakin, mən artıq bir neçə dəfə bəyan etmişəm ki, mənim heç bir siyasi ambisiyam yoxdur. 2007 ci ildən ümumiyyətlə Azərbaycanda olmamışam. Ona görə də Azərbaycanın siyasi mətbəxindən çox uzağam. Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın sədri və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri kimi mənim işim siyasətlə bağlı deyil və ictimai işdir.

Lakin, nəzərə alsaq ki, bu gün idmandan incəsənətə qədər həyatımızın bütün sahələri siyasətlə əlaqəlidir, o zaman istisna etmək olmaz ki, müəyyən vəziyyətlərdə hansısa məqamda azərbaycanlıların diaspor təşkilatları, o cümlədən bizim quruluşlar siyasi proseslərin tam mərkəzində ola bilər. Bu səbəbdən siyasətin hər yerdə arxamızca düşdüyü bir şəraitdə demək olmaz ki, mən siyasətdən tamamilə uzağam. Biz özümüz siyasətlə məşğul olmuruq, lakin, zəmanət verə bilmərik ki, siyasət özü bizimlə “məşğul” olmayacaq.

– Fizuli müəllim, siz indicə dediniz ki, sizdə belə bir təəssürat yaranır ki, kimdəsə sizi siyasi intriqalara cəlb etmək üçün güclü istək var. Nə üçün belə düşünürsüz?

– Ona görə ki, jurnalistlərin mart ayından bu tərəfə mənə verdiyi sualların 80 % i siyasətlə bağlıdır. Bəzi hallarda hətta jurnalistlərin sualları təxribat xarakteri daşıyır. Məsələn, apreldə Dünya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinə azərbaycan qəzetlərindən birinin baş redaktoru müraciət etmişdi. Demək olar ki, suallarının hamısı siyasi xarakterli idi. Bu suallarda qaldırılan məsələlərin ciddiliyini nəzərə alaraq, suallara yazılı cavab vermək qərarına gəldik ki, jurnalist bizim sözlərimizi başqa cür yozmasın. Biz həmin jurnalistə yazılı cavabları göndərdik və xahiş etdik ki, nəşr olunmazdan qabaq müsahibəni bizə göstərsin. Dərc olunmazdan qabaq nəşr öncəsi müsahibəni o bizə göndərəndə mən öz cavablarımı tanımadım. Jurnalist demək olar ki, öz skandal düşüncələrini əlavə edərək bütün cavablarımı yenidən yazmışdı və müsahibə üçün də çox skandal bir başlıq istifadə etmişdi. Əgər mənimlə müsahibə o şəkildə dərc olunsa idi mənimlə və DAİ ilə bağlı səs-küylü skandal şübhəsiz ki, baş verəcəkdi. Yenidən hazırlanmış bu müsahibəni oxuduqdan sonra biz dərhal onu nəşrin nömrəsindən çıxartmağı tələb etdik və bildirdik ki, müsahibənin tərəfimizdən verilmiş variantının poçt qutumuzda qaldığını nəzərə alaraq, əks təqdirdə təkzib verilməsi üçün məhkəməyə müraciət edəcəyik. Xoşbəxtlikdən son anda bu tamamilə yenidən quraşdırılmış müsahibənin dərc edilməsini ləğv etdirə bildik.

– Və bundan sonra Fizuli müəllim siz jurnalistlərdən qaçmaq qərarına gəldiniz?

– Deməzdim ki, jurnalistlərdən qaçıram. Amma, bir neçə xoşagəlməz hadisələrdən sonra çalışırıq ki, bizə aydın şəkildə təxribat xarakterli suallarla müraciət edən, telefon vasitəsilə müsahibə götürmək istəyən və dərc olunacaq müsahibənin hazır variantını göstərməkdən imtina edən tanımadığımız jurnalistlərdən uzaq olaq. Artıq məcburuq ki, yalnız tanıdığımız jurnalistlərlə və öz adlarına dəyər verən və həmsöhbətlərinin fikrinə hörmətlə yanaşan, onun fikirlərini təhrif etməyən KİV nümayəndələri ilə ünsiyyətdə olaq.

– Sizin fikrinizcə Sizi və DAİ ni hansısa siyasi intriqalara çəkmək istəyən kimdir?

  Baxmayaraq ki, bunların kim olduğunu təxmin edirəm, lakin, konkret adlar çəkmək istəmirəm. Lakin, onu demək istəyirəm ki, bu insanlar istəmirlər ki, «DAİ» ilə Azərbaycan hakim dairələri arasında xoş münasibətlər formalaşsın. İttifaqımızın dayanmadan böyüyən nüfuzu və genişlənən fəaliyyəti onları ciddi qorxudur. Ona görə də bu paxıl və intriqant insanlar DAİ və Azərbaycan hakimiyyəti arasında yaxın dostluq münasibətlərinin yaranmaması üçün hər şeyi edirlər.

– Fizuli müəllim, bu insanlara hər hansı formada cavab verməyi düşünürsünüzmü?

– Belə insanların hərəkətlərinə reaksiya vermək onların səviyyəsinə enmək deməkdir. Bizim intriqalarla və hansısa insanları qaralamaqla məşğul olmaq niyyətimiz yoxdur, hətta onlar paxıllıqdan haqqımızda pis şeylər danışsalar da. Biz öz işimizlə  – Azərbaycan diasporunun DAİ ətrafında birləşdirilməsi ilə məşğul olmaq niyyətindəyik.

– Fizuli müəllim, söhbətimizin sonunda gələcək planlarınız haqqında öyrənmək istəyərdim…

– İndi birlik zamanıdır. Biz ilk növbədə böyük Azərbaycan diasporunun formalaşdığı bütün ölkələrdə Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun nümayəndəliklərini açmaq niyyətindəyik. Ona görə də fəaliyyətimizi yalnız digər yerli azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlıq sayəsində genişləndirəcəyik. Bu bütün azərbaycan diasporunun birləşməsi prosesini sürətləndirəcək. Nə zaman ki, azərbaycan diaspor təşkilatlarının vahid şəbəkəsinə nail olacağıq, o zaman köməyimizə ehtiyac duyan həmvətənlərimizə humanitar, hüquqi və maddi yardım göstərmək istiqamətində geniş miqyaslı iş aparacağıq. Eyni zamanda Rusiyanın, Türkiyənin və Avropa ölkələrinin ali məktəblərində təhsil alan və xüsusi fərqlənən azərbaycanlı tələbələrə təqaüdlər də təyin etməyi düşünürük.

– Üzr istəyirəm, Fizuli müəllim, növbəti və son sual. Martda DAİ nin Baş Şurası Azərbaycan Milli Məclisinin millət vəkilləri tərəfindən Bakıya qəhrəman şəhər fəxri adının verilməsi üçün SSRİ nin hüquq varisi kimi Rusiyaya etdiyi müraciəti dəstəklədi. Bu məsələ necə yekunlaşdı?

– Bu istiqamətdə biz böyük işlər gördük. Hətta bizə elə gəldi ki, hədəfə çox yaxınıq. Lakin, hüquqi bir problem yarandı. Siz demə baxmayaraq ki, Rusiya SSRİ nin hüquq varisidir, lakin, Bakıya qəhrəman şəhər fəxri adının verilməsinə artıq hüququ yoxdur. Bu Rusiya qanuvericiliyində baş verən dəyişikliklərlə əlaqədardır. Rusiya Federasiyası tərəfindən “Hərbi şöhrətli şəhər” fəxri adının verilməsinin şərtləri və qaydası haqqında Əsasnamə qəbul edildikdən və Rusiya prezidentinin 1340 saylı fərmanı ilə 1 dekabr 2006 cı ildə təsdiq edildikdən sonra Rusiya Azərbaycana yalnız “Hərbi şöhrətli şəhər” fəxri adı verə bilər. Bu fəxri ad qəhrəman şəhər adı kimi müəyyən şəhərlərə “Vətənin müstəqilliyi və azadlığı uğrunda mübarizədə şəhərin müdafiəçilərinə göstərdikləri mərdlik, dözümlülük və kütləvi qəhrəmanlığa” görə verilir. Buna görə Bakıya “Hərbi şöhrətli şəhər” fəxri adının verilməsi üçün yenidən işlərə başlamışıq.

Bu işlərlə əlaqədar Rusiyadakı bütün müvafiq qurumlarla müntəzəm məsləhətləşmələr aparırıq, rusiya və dünya ictimaiyyətinin, KİV in diqqətini bu ideyaya cəlb etmək üçün fəal iş aparır, Azərbaycanın Böyük Vətən müharibəsində iştirakına həsr olunmuş broşurlar, bukletlər, fotoalbomlar və digər məlumat daşıyıcıları nümayiş etdiririk. Fürsətdən istifadə edərək sizin nəşr vasitəsilə də Rusiyadakı azərbaycan diasporunun bütün nümayəndələrini tərəfimizdən rusiya hakim dairələrinə Bakıya “Hərbi şöhrətli şəhər” fəxri adının verilməsi üçün etdiyimiz müraciəti dəstəkləməyə çağırıram. Əgər səylərimizi birləşdirə bilsək, əminəm ki, vətənimizin paytaxtı layiq olduğu fəxri adı tezliklə alacaq.

Söhbət etdi Azər Muradbəyli (Moskva-Bakı)