Füzuli Məmmədov Özbəkistan rəhbərliyinə səmimi başsağlığı verir

Özbəkistan Prezidenti İslam Abduqəniyeviç Kərimovun vəfatı ilə əlaqədar  Özbəkistan Respublikasının rəhbərliyinə, qardaş özbək xalqına dərin hüznlə başsağlığı verirəm.

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” və şəxsən öz adımdan ölkənin birinci Prezidenti olmuş İslam Abduqəniyeviç Kərimovun vəfatı ilə bağlı Özbəkistan rəhbərliyinə, qardaş özbək xalqına dərin hüznlə və səmimi başsağlığı verirəm.

Müstəqil Özbəkistan dövlətinin yaranmasında çox böyük əməyi olmuş Prezident İslam Kərimovun vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi və məyus etdi. İslam Kərimovun 26 illik idarəsi və əməyi sayəsində Özbəkistan sürətlə inkişaf edən sabit və iqtisadi cəhətdən firavan bir olkəyə çevirmişdir. İslam Abduqəniyeviçin müdrik, sülhsevər daxili və xarici siyasəti Özbəkistanı əsl müstəqil dövlət edərək, onu Mərkəzi Asiyada strateji cəhətdən mühüm əhəmiyyətə malik bir ölkəyə çevirmişdir.

İslam Kərimovun Prezidentliyi dövründə ölkənin dövlətçilik ənənələri daha da möhkəmlənmiş, Özbəkistan iqtisadiyyatının gələcəkdə sürətli inkişafı üçün möhkəm bünövrənin əsası qoyulmuşdur. Onun siyasəti Özbəkistana sülh, əmin-amanlıq və sabitlik gətirmiş, bizə qardaş olan ölkə əhalisinin iqtisadi rifahının yaxşılaşmasına şərait yaratmışdı.

Biz özbək xalqı ilə birlikdə kədərlənirik. Özbəkistanın birinci Prezidenti olmuş İslam Kərimovun vəfatı ilə bağlı matəm tədbirləri Azərbaycan diasporasında da  keçiriləcək. Boyük şəxsiyyət, görkəmli insan olan İslam Kərimovun xatirəsi  bizim üçün  çox əzizdir.

Biz əminik ki, bu gün Özbəkistanda hakimiyyət etibarlı əllərdədir. Respublikanın indiki rəhbərliyi dövlətin möhkəmləndirilməsi, ölkənin iqtisadi tərəqqisi yolunda İslam Kərimovun gördüyü böyük işi davam etdirəcək  və ölkədə ictimai-siyasi vəziyyətin pozulmasını istəyən özbək xalqının düşmənlərinə imkan verməyəcək.

Özbəkistanın indiki rəhbərliyinə İslam Kərimovun başladığı böyük quruculuq işlərini uğurla davam etdirmək, Özbəkistanda sülh, əmin-amanlığı və sabitliyi qoruyub saxlamaq, özbək dövlətçiliyinin möhkəmləndirilməsini və ölkə iqtisadiyyatının daha da çiçəklənməsini arzu edirik.

Hörmətlə, Füzuli Məmməd oğlu Məmmədov

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Əlaqələndirmə şurasının sədri