Gələn il üçün proqnozlaşdırılan iqtisadi artım nə qədər realdır- ekspert şərhi.

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti qarşıya qoyulmuş məqsədə çatacağımızı deməyə əsas verir.

Fuad İbrahimov: “Neftin qiymətinin düşməsi proqnozlara təsir edə bilər.”

 

2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, deyilən rəqəmlər sadəcə proqrozdur: “Biz işlərimizi planların əsasında davam etdirməliyik. Əgər gələn il hansısa meqakatakilizm baş verməsə, rəqəmlərin özünü doğruldacağını düşünürəm. Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti qarşıya qoyulmuş məqsədə çatacağımızı deməyə əsas verir. Neftin qiymətinin düşməsi proqnozlara təsir edə bilər”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz