İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azunion.org bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.