İlham Əliyev Sabunçuda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Azunion.org-un xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.