İngilisdilli ixtisaslara plan yerlərinin sayı artırıldı

2019-2020-ci dərs ili üçün ali məktəblərdə tədrisi ingilis dilində aparılan ixtisaslar və plan yerlərinin sayı artırılıb.

Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, tələbə qəbulu planı formalaşdırılarkən yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla tədrisi ingilis dilində aparılan ixtisasların sayı 57-dən 69-a, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 17.7% artırılıb.

Y.Piriyev qeyd edib ki, cari ildə tələbə qəbulu üzrə proqnoz yerlərinin sayının 8 %-i tədrisi ingilis dilində aparılan ixtisaslar üçün nəzərdə tutulub. Bu göstərici tədrisi rus dilində olan ixtisaslar üzrə 9.3% (119 ixtisas) təşkil edir.