«İNTER-SEVER» Şirkətlər Qrupunun kollektivi ictimai-siyasi xadim, iş adamı və xeyriyyəçi Fizuli Məmmədovu doğum günü münasibətilə təbrik edir!

«İNTER-SEVER» Şirkətlər Qrupunun kollektivi  ictimai-siyasi xadim, iş adamı və xeyriyyəçi Fizuli Məmmədovu doğum günü münasibətilə təbrik edir!

Çox hörmətli Cənab Prezident Fizuli Məmməd oğlu!

Sizin 9 fevral tarixli doğum gününüz bizim – ‘’İNTER-SEVER’’ Şirkətlər Qrupunun mehriban kollektivi üçün xüsusilə sevincli gündür. Siz parlaq şəxsiyyət, çox xeyirxah insan və istedadlı iş adamısınız. Siz ‘’İNTER-SEVER’’ adlı gəmini 1990 cı ildə yaradaraq dünya biznes okeanına buraxmısınız. Sizin rəhbərliyinizlə gəmimiz 3 onillikdir ki, dövri olaraq ortaya çıxan dünya maliyyə və iqtisadi böhranlarına, geosiyasi risklərə baxmayaraq əminliklə bu sularda üzür.

Sizin böyük qabiliyyətiniz sayəsində bizim biznes gəmimiz müvəffəqiyyətlə bütün mümkün böhran dalğalarını aşaraq arxayınlıqla irəliləyir. 29 il ərzində ‘’İNTER-SEVER’’ ən uğurlu və sabit şirkətlərdən birinə çevrilib, Rusiyada, İtaliyada, Türkiyədə və digər ölkələrdə törəmə müəssisələri fəaliyyət göstərir.

Kollektivimizə olan qayğınıza, eyni zamanda Rusiyada, Azərbaycanda və digər MDB ölkələrində mütəmadi olaraq həyata keçirdiyiniz çoxsaylı xeyriyyəçilik aksiyalarına görə biz Sizə minnətdarıq. Parlaq bir xeyriyyəçi kimi xeyriyyəçilik hərəkatı tarixində özünüzə məxsus şərəfli iz qoymusunuz və hələ də bu məqsədlərlə çox ciddi vəsaitlər ayıraraq xeyirxah əməllər işləməyə davam edirsiniz.

Biz bütün qəlbimizlə Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə möhkəm can sağlığı, uzun illər boyu xoşbəxt həyat, ailə səadəti, sevinc, xeyir və sevgi dolu günlər, eyni zamanda bütün işlərinizdə və addımlarınızda parlaq uğurlar arzu edirik!

Sizə hər zaman şərəfin və böyük biznesin zirvəsində qalmağınızı, ‘’İNTER-SEVER’’ Şirkətlər Qrupunuza isə bundan sonra da çiçəklənməsini və uğurlar qazanmasını arzu edirik! Qoy hər zaman şans Sizin və biznesinizin üzünə gülsün.

Dərin hörmətlə,

«İNTER-SEVER» Şirkətlər Qrupunun kollektivi