İran Azərbaycanın ən böyük qaz layihəsində payını artırmaq istəyir

İran Azərbaycanın ən böyük qaz layihəsi olan “Şahdəniz”də payını artırmaq niyyətindədir.

Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “İranın “NICO” şirkətinin “Şahdəniz” layihəsində iştirak payı var. Bu payı artırmaq üçün danışıqlar aparılıb”.

Qeyd edək ki, “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir.