İran etiraf etdi: Tәyyarәni sәhvәn vurmuşuq

İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında yanvarın 8-də qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub.

Trend-in məlumatına görə, bu barədə İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir.

Bәyanatda qeyd edilir ki, İranın İraqda ABŞ hәrbi bazasına hücum vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın havadan müdafiә sistemi İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib.

Bәyanatda o da vurğulanır ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar İran və vətəndaşları həlak olan ölkələrin xalqından üzr istәyir.

İranın adıçәkilәn orqanı әsas günahkar barədə Silahlı Qüvvәlәrin Baş Qәrargahının әdliyyә orqanına məlumat veriləcəyini vә qanuni çәrçivәdә addımın atılacağını elan edib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.