İranda hərbçilərin avtobusu partladıldı: Ölənlərin sayı 41-ə çatdı – YENİLƏNİB

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərini daşıyan avtobus partladılıb.

Azunion.org IRNA-ya istinadən xəbər verir ki, terror aktı nəticəsində 20 hərbçi həyatını itirib, daha 20-si yaralanıb.

“Ceyş əd-Ədl” terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

23:30

Qeyri-rəsmi mənbələrin məlumatına görə, ölənlərin sayı 41-ə çatıb.