İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatdı

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Azunion.org-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, səhiyyə naziri Fahrettin Kocu bildirib ki, xilasedicilər çökən binanın dağıntıları altında 14 nəfərin çıxarılmasına nail olublar.

Fevralın 6-da İstanbulda çoxmərtəbəli bina çöküb. Dağıntılar altından iki gün sonra sağ qalan yeniyetmə çıxarılıb.