İstanbulda hərbi helikopter qəzaya uğradı, 4 hərbçi öldü

İstanbul şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Azunion.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə fevralın 11-də  şəhərin qubernatoru Əli Yerlikaya məlumat verib.

“Çekməköy rayonunda helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub”, –  o, “Twitter”də yazıb.

İlkin məlumatlara görə, helikopter texniki səbəblərdən məcburi eniş  zamanı qəzaya uğrayıb.