İtaliya hökumətinə və xalqına başsağlığı

İtaliyanın mərkəzində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı İtaliya hökumətinə və xalqına səmimi başsağlığı verirəm.

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” və şəxsən öz adımdan  İtaliya hökumətinə, dost İtaliya xalqına və çərşənbə gününə keçən gecə mərkəzi İtaliyada baş vermiş güclü zəlzələ zamanı həlak olanların ailələrinə dərin hüznlə və səmimi başsağlığı verirəm.

İtaliyanın Baş naziri Matteo Rensinin sözlərinə görə, avqustun 24-nə keçən gecə İtaliyada baş vermiş zəlzələ nəticəsində ən azı 120 nəfər həlak olub.

Zəlzələ zamanı çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Biz İtaliya xalqı və təbii fəlakət nəticəsində həlak olanların ailələri ilə birlikdə kədərlənir, Sizin dərdinizə şərikik.

Biz təbii fəlakət zamanı yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq.

Hörmətlə,
Füzuli Məmməd oğlu Məmmədov
Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Əlaqələndirmə Şurasının sədri