Kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat 2024-cü ilədək vergidən azad edilir

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur.

Trend-in məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 5 il müddətində vergidən azad olunur.

Beləliklə, kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat həcminin vergidən azad edilməsi müddəti daha 5 il uzadılır.

Sözügedən qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.