Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 9% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.Bu qərar bu gündən qüvvəyə minir.