Məşhur azərbaycan müğənnisi Elvin Quliyevin (Ordubadlı) gənc vəfatı ilə bağlı bizim səmimi başsağlığımız.

Mən şəxsən öz adımdan və Beynəlxalq ictimai birliklər ittifaqı «Dünya Azərbaycanlıları İttifaqı» və Beynəlxalq ictimai fondu «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» adından Elvin Ordubadlının ailəsinə və yaxınlarına onun gənc vəfatı ilə əlaqədar səmimi başsağlığı bildirirəm. Ordubadlı səhnə psevdonimi altında məşhur olan gənc, çox istedadlı və tanınmış azərbaycan müğənnisi Elvin Ramazan oğlu Quliyevin ölümü xəbərini eşidib mən əsil şok keçirdim. Elvinin cəmi 25 yaşı var idi. O gənclik illərinin ən yaxşı dövrünü yaşayirdı. O özünün uzun və parlaq yaradıcılıq yolunun yalnız əvvəlində idi.

Elvin öz gəncliyinə baxmayaraq, azərbaycan estradasının zirvəsinə çatıb. O milyonlarla azərbaycan musiqi həvəskarlarının sevimlisidir. Hələ gənc yaşında o milyonlarla musiqi sevənlər üçün kumir oldu. Elvin 2014-cü ildə öz parlaq çıxışları ilə azərbaycan telekanalı ATV-nən keçirilən “Azərbaycanın səsi” məşhur televiziya müsabiqəsinin qalibi oldu və Azərbaycanı “Türkvizyon” müsabiqəsində təmsil etmək hüququ qazandı. Elvin həmin musiqi müsabiqəsində “Divlərin yalnızlıgı” mahnısı ilə 7-ci yeri qazandı. Elvin Ordubadlı Azərbaycan və Türkiyənin çox səhnələrində uğurla çıxış edib. Onun mahnıları hər yerdə alqişla qarşılanıb. Elvinin mahnılarını doğma Azərbaycandan kənarda yaşayan milyonlarla azərbaycanlılar da sevir və qulaq asırlar. Elvin gözəl ailə başçısı idi. O iki azyaşlı övladın atası idi. Bizim rəsulumuz Elvin Ordubadlı bizi fiziki cəhətdən tərk edib. Amma onun mahnıları, onun valehedici səsi bizimlə qalır. Elvinin özünə və onun mahnilarna sevgi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Onun haqqında ən xoş və gözəl xatirələr isə bizim yaddaşımızda həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Səmimi və dərin hörmətlə,

Fizuli Məmməd oğlu Məmmədov

Beynəlxalq ictimai birliklər ittifaqı «Dünya Azərbaycanlıları İttifaqı»-nın sədri,

«Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» Beynəlxalq ictimai fondunun Əlaqələndirmə Şurasının sədri