Magistraturaya qəbulda gender balansı pozulub

Magistraturaya sənəd verənlərin 42.96%-ni (5321 nəfər) oğlanlar, 57.04%-ni (7066 nəfər) isə qızlar təşkil edib

Ötən il magistraturaya sənəd verən qızların sayı oğlanların sayına nisbətən üstünlük təşkil edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib. Magistraturaya bütövlükdə 12.387 nəfər bakalavr ərizə verib. Ərizələrin 90.49%-i (11209-u) Azərbaycan, 9.51%-i (1178-i) isə rus bölməsi üzrə olub. Sənəd verənlərin 42.96%-ni (5321 nəfər) oğlanlar, 57.04%-ni (7066 nəfər) isə qızlar təşkil edib. Onların 6833 nəfəri (55.16%-i) bakalavriat səviyyəsinin 2018-ci il məzunlarıdır və ali təhsil müəssisələrinə, əsasən, 2014-cü ildə daxil olublar. Həmin ildə 33707 nəfər gənc tələbə adını qazanıb.

https://sputnik.az/science/20190914/421738005/maqistraturada-qebulda-qender-balansi-pozulub.html