Maqnit qasırğası gözlənilir?

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit qeydə alınıb.

Ümumiyyətlə, avqustun 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.