Maradona saxta sənədlərlə saxlanıldı

Əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres aeroportunda saxlanılıb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, D. Maradonada saxta pasport və aviabiletlər aşkar edilib.

O, sevgilisi ilə Dubaya uçmağa çalışıb. Futbolçuya ölkəni tərk etməyə icazə verilməyib.

D.Maradona bildirib ki, bu addım onun siyasi mövqeyinə qarşı cavabdır.