Mariya Zaxarova: “Rusiya Qarabağ münaqişəsinin tezliklə həlli üçün mümkün addımların atılmasına tərəfdardır”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır”.

Azunion.org xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, – deyən Mariya Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.

“Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, – Rusiya XİN rəsmisi vurğulayıb.