Monteneqro turizm sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Monteneqro Azərbaycanı turizm sahəsində vacib tərəfdaş qismində nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Monteneqronun Ticarət-İqtisadi Palatasının vitse-prezidenti İvan Saveliç Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda deyib.

O bildirib ki, ölkələr arasında bu sahədə əməkdaşlıq üçün böyük potensial var:

“Monteneqro turizm sənayesi sahəsində potensialını artırır. Biz Monteneqrodan Azərbaycana və əks istiqamətdə turist axınının artmasında maraqlıyıq. Eyni zamanda, biz iqtisadiyyatın prioritet istiqamətlərinin inkişafında Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindəyik”.