Mövlud Çavuşoğlu Bakıda QDİƏT iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Azərbaycana gələcək.

Azunion.org bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Mövlud Çavuşoğlu  Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.