Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin fevralın 1-də keçirilən iclasında deputatlara xəbərdarlıq edib.

Azunion.org-un xəbərinə görə, spiker hər kəsə işində diqqətli olmağı tapşırıb:

“Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornan millət vəkili etməyiblər. Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur”-, OqtayƏsədov vurğulayıb.