Plastik qablardan istifadənin məhdudlaşdırılması razılaşdırılma mərhələsindədir

Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırmalarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-in təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib, hazırda razılaşdırılma mərhələsindədir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

R.Səttarzadənin sözlərinə görə, təklif tezliklə qəbul olunsa, plastik materailların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail olunar:

“Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır.

ETSN vətəndaşlarımızı yenə də polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır”.