Prezident Binəqədi rayon Məhkəməsinin yeni binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Binəqədi rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

Azunion.org xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.