Prezident bir qrup məhbusu əfv edəcək

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyası fevralın 8-də iclas kecirib.

Azunion.org bildirir ki, komissiyadan verilən məlumata görə, iclasda əfv üçün müraciət edən 100 nəfərin işinə baxılıb. Bildirilir ki, Novruz bayramı ərəfəsində gözlənilən növbəti əfv üçün 1000-ə yaxın müraciət olunub.

Yaxın günlərdə digər müraciətlərə də baxılıb, ölkə başçısına təqdim ediləcək.

Əfv olunacaq şəxslər arasında bir neçə siyasi məhbusun da olacağı gözlənilir.