Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfirliyində olub

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Özbəkistanın ölkəmizdəki səfirliyində olub.

Dövlət başçısı Özbəkistan Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə söhbət edib və ona başsağlığı verib.