Prezident İlham Əliyev Qırğızıstana səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gəlib.

Bişkekin “Manas” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.