Prezident Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

Azunion.org-un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.