Azərbaycan prezidenti “Total” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Yanvarın 22-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

Azunion. org xəbər verir ki, görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.