“Qəbələ” mübarizəni dayandırdı

Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın cavab oyunu da məyusluqla bitib

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.

Sputnik Azərbaycan xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxıb. Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olub.

Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın cavab oyunu da məyusluqla bitib.

Azərbaycan klubu Gürcüstan komandasına 0:3 hesabı ilə uduzaraq Avroliqada mübarizəni dayandırıb.

Qolları L.Şengeliya (68`, 88`) və K.Karikari (90`+3) vurublar.

Gürcüstan “Dinamo”su növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Read more: https://sputnik.az/sport/20190801/421348265/qebele-gurcustan-dinamo-avropa-liqasi.html