Qarabağ Komitəsinin mitinqinə icazə verilmədi

Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Azunion.org-un xəbərinə görə, müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

İcra hakimiyyəti aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.