“Qarabağ məsələsini həll etmək lazımdır” – Çavuşoğludan Paşinyana cavab

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə münasibətləri düzəltmək istəyən Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyana cavab verib.

Azunion.org Ermənistan mediasına istinadən xəbər verir ki, Çavuşoğlu sözügedən addım üçün Türkiyə hakimiyyətinin ilkin şərtləri olduğunu bildirib.

“Azərbaycan üçün həssas məsələləri nəzərdən keçirmədən buna təşəbbüs göstərmək olmaz. Ona görə də Qarabağ məsələsini tezliklə həll etmək lazımdır”, – Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan təcrid vəziyyətdə yaşamaq istəmirsə, mövcud problemlər həll olunmalıdır.

Türkiyə 1993-cü ildən etibarən Qarabağ məsələsinə görə Azərbaycanın mövqeyini dəstəkləmək üçün Ermənistanla sərhədi bağlayıb.