Qarabağ münaqişəsi nəticəsində əsir və girov düşən 700 nəfər ölkəsinə qaytarılıb

Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsi zamanı girovluqda olan şəxslərin qaytarılması ilə bağlı statistikanı açıqlayıb.

Azunion.org-un məlumatına görə, Dağlıq Qarabağ münaqişəsindən sonra ümumilikdə 1992-ci ildən bəri təqribən 700 nəfər Azərbaycan və Ermənistana qaytarılıb.

Onların arasında hərbçilərlə birlikdə mülki şəxslər də olub.