Qarabağ qazisi faciəli şəkildə öldü

İkinci qrup Qarabağ müharibəsi əlili Müşfiq Əliyev avtomobil qəzası nəticəsində ölüb.

Azunion.org qaziler.az saytına istinadən bildirir ki, Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlilidir.

“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu Qarabağ qazisinin vaxtsız vəfatından kədərləndiyini bildirir, qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.