Rəcəb Tayyib Ərdoğan Moskvaya gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə gedib.

Azunion.org Türkiyə mediasına istinadən xəbər verir ki, onu səfərdə müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Cahit Turhan, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşaiyət edir.

Ərdoğan yanvarın 23-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu, dövlət başçıları arasında 2019-cu ildə ilk görüş olacaq. Prezidentlər Türkiyə-Rusiya münasibətlərini, Suriyadakı vəziyyəti və bir sıra bu kimi məsələləri müzakirə edəcəklər.

Səfər bu gün başa çatacaq.