head_az
flag

fizulimamedov

Məmmədov Fizuli Məmməd oğlu

“Avropa Azərbaycan Konqresi”nin birinci vitse-prezidenti,

“Dünya Azərbaycanlıları İttifaqı”nın və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti

Tərcümeyi-hal:

Məmmədov Fizuli Məmməd oğlu 9 fevral 1963-cü ildə Azərbaycan SSR (indiki Azərbaycan Respublikası) Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. Çoxuşaqlı ailədə böyüyərək, tərbiyə alıb. O vaxtkı SSRİ Silahlı Qüvvəlləri sırasında müddətli hərbi xidmətini keçib.

1983-cü ildə Məmmədov Fizuli Moskva şəhərinə ezam edilib və həmin ildən başlayaraq 1990-cı ilə qədər SSRİ Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildə F. Məmmədov “İNTER-SEVER” şirkətinin əsasını qoyub və bu şirkətə rəhbərlik edib. Hal-hazırda Şərqi və Qərbi Avropada filialları olan Beynəlxalq Şirkətlər Qrupunu təmsil edir. Uşaq evlərı, internat və çoxuşaqlı ailələrə yardım məqsədi ilə 1993-cü ildə F. Məmmədovun təşəbbüsü və bilavasitə iştirakı ilə Beynəlxalq Xeyriyyə Fondu yaradılıb. Fondun işi yüzlərlə dövlət və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək, təşəkkürnamələrə layiq görülüb.

Məmmədov 1994-1997-ci illər Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı “Azkontrakt” ticarət nümayəndəliyinin Baş direktoru vəzifəsində çalışıb. 1997-ci ildə mərkəzləşmiş Azərbaycan partiyası və xalq vətənpərvər ittifaqları birliyi kimi “Azərbaycan-XXI əsr” adlı təşkilat yaratmış və 2003-cü ilə qədər bu təşkilatın lideri olmuşdur.

2003-cü ildə Bakıda və Moskva şəhərlərində nəşr edilən “Azərbaycan – XXI əsr”adlı qəzeti və “Avrasiya xəbərləri” adlı ümumrusiya qəzeti də Məmmədov Fizuli tərəfindən təsis edilmişdir. 1988-ci ilə qədər, Rusiya Federasiyasında ilk Azərbaycan Diasporasının yaradılması istiqamətində  F. Məmmədov əvəzsiz xidmətlər göstərmiş, bu sahədə bir çox işlər görmüşdür. O, 2005-ci ildə  “Dünya Azərbaycanlıları İttifaqı” və  “Dünya Azərbaycan Mədəniyyət Fondu yaratmışdır”.

Məmmədov Fizuli Məmməd oğlu Moskva Pedaqoji Universiteti və Moskva Dövlət Açıq Universitetini bitirmişdir.

Evlidir. Iki uşaq atasıdır.


Qafarli

Beynəlxalq İctimai Birliklər İttifaqı «Dünya Azərbaycanlıları İttifaqı» nın Ali Sovetinin üzvü, Prezidentin  Kütləvi İnformasiya Vasitələri (KİV) işi üzrə müavini – Qafarlı Mehman Sabir oğlu (ictimai əsaslarla)

Tərcümeyi-hal:

Qafarlı Mehman Sabir oğlu 28 yanvar 1966-cı ildə Azərbaycan SSR (indiki Azərbaycan Respublikası) Şəki rayonunun Oxud  kəndində anadan olub.

1993-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakultəsini bitirib.

M. Qafarlı müxtəlif nəşriyyatlarda çap edilmiş 6 mindən çox elmi məqalələrin müəllifidir. Postsovet məkanı üzrə bir neçə kitabın həmmüəllifidir. Həmçinin, 1998-ci ildə Moskvada Rusiya Elmlər Akademiyasının (REA) Asiya və Afrika İnstitutları tərəfindən nəşr edilmiş “Postsovet Mərkəzi Asiyası: itkilər və nailiyyətlər” kitabının müəlliflərindən biridir. 1999-cu ildə Almaniyada keçirilən Beynəlxalq Kitab Yarmarkasında bu kitab Postsovet məkanında ən yaxşı kitab kimi tanınaraq, 2000-ci ildə Londonda ingilis dilində təkrar nəşr edilmişdir.

Qafarlı Mehman Rusiyanın müxtəlif aparıcı nəşriyyatlarında çalışıb:

1993-1995-ci il – «Сегодня» (”Bu gün” qəzeti)-müxbir.

1995-2001-ci il-«Независимая газета»(“Müstəqil qəzet”)-şərhçi.

1996-1997-ci il – «Asian affairs» ingilis jurnalında Xəzər problemləri və Mərkəzi Asiya ölkələri üzrə ekspert.

2001-2003-cü il- «Эксперт Евразии» jurnalı-baş redaktor.

2003-2007-ci il-«Новые Известия» (“Yeni xəbərlər” qəzeti)-şərhçi.

2007-2009-cu il-«Интер-Север» Şirkətlər qrupunun vitse-prezidenti.

2009- 2014-cü il-«Центр квотирования» (“Kvotalaşdırma mərkəzi”)-baş mütəxəssis.

2014-cü ildən etibarən müstəqil politoloq, jurnalist-analitik, iqtisadi-siyasi icmalçı.

RF-nın vətəndaşıdır. 1990-cı ildən Moskva şəhərində yaşayır.


NatiqSalmanov

«Dünya Azərbaycanlıları İttifaqı» nın Ali Sovetinin üzvü, icraçı direktor Natiq Salmanov (ictimai əsaslarla)

Tərcümeyi-hal:

Salmanov  Natiq  8 aprel 1987-ci ildə anadan olub. 2005-ci ildə  şəhər orta məktəbini bitirib. Elə həmin il hüquq fakültəsinə daxil olub.

2010-cu ildə Moskva şəhərində təhsilini davam etdirərək,  aspiranturaya daxil olub. 2013-cü il aspiranturanı bitirib. 2010-2014-cü illər Rusiya Səhiyyə Nazirliyinin nəzdində olan İ.M.Seçenov adına Birinci Tibb Universitetində hüquq məsləhətçisi vəzifəsində çalışıb.

2014-cü ildə “İnter-Sever” Şirkətlər Qrupunda hüquq məsələləri üzrə Prezident köməkçisi vəzifəsinə təyin edilib. Həmçinin, 2014-cü ildən etibarən, «Dünya Azərbaycanlıları İttifaqı»nın Ali Sovetinin üzvü, icraçı direktor vəzifəsini daşıyır (ictimai əsaslarla).

2015-ci ildən bu günə kimi “İnter-Sever” Şirkətlər Qrupunda ümumi məsələlər üzrə birinci vitse-prezident vəzifəsində fəaliyyət göstərir.


vanovA

«Dünya Azərbaycanlıları İttifaqı»nın İnzibati məsələlər üzrə müşaviri – İvanov Andrey İvanoviç

Tərcümeyi-hal:

İvanov Andrey İvanoviç 1950-ci ildə anadan olub. 1973- cü ildə Bauman adına Moskva Dövlət Texniki Universitetini (MDTU) bitirib. 15 il ərzində Hərbi Sənaye Kompleksinin müəssisələrində mühəndis, laboratoriya müdiri, baş konstruktor aparatının əməkdaşı kimi müxtəlif vəzifələrdə çalışıb. İşlədiyi müddət ərzində Orconikidze adına Moskva İdarəetmə Universitetinin (DİU) İqtisadiyyat fakultəsini bitirib və Moskva Dövlət Universitetinin (MDU) hüquq fakultəsinin baza kurslarında dinləyici olub. Daha sonra Moskva hüquq mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 1990-cı il Holdinq şirkətində baş direktor, 1995-1998-ci illər «Azkontrakt» QSC-nin Moskva nümayəndəliyinin direktor müavini vəzifələrində çalışıb.  Ailəlidir. Bir övladı var.