Rəsmən boğuluruq – Milyon illər əvvələ dönə bilərik

Son dəfə Yer kürəsi belə CO2 konsentrasiyasını 3-5 milyon il əvvəl yaşayıb. O zaman orta temperatur indikindən 2-3 dərəcə isti, okeanın səviyyəsi isə 10-20 metr yüksək olub

Ümumdünya Meteorologiya Təşkilatının mütəxəssisləri 2018-ci ildə Yer atmosferində karbon qazının konsentrasiyasının 0,57% artaraq, milyonda 407,8 hissəciyə çatdığı barədə məlumat verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, son yüz il ərzində istixana qazının səviyyəsi sürətlə və durmadan artır və bu tendensiya qlobal istiləşmə ilə mübarizə səylərinə baxmayaraq davam edir.

18-ci əsrin ortalarında inkişaf etmiş ölkələrdə sənaye inqilabının başladığı bir dönüş nöqtəsi meydana gəldi. Alimlərin hesablamalarına görə, 1750-ci ildən bu yana CO2 miqdarı 147%, metan – 259% (milyardda 1869 hissəcik qədər), azot oksidi 123% (milyardda 331.1 hissəcikədək) artıb.

Karbon qazı atmosferdə əsrlər boyu, okeanlarda isə daha uzun müddət qala bilər. Tədqiqatlar göstərir ki, 1990-cı ildən bəri planetin sakinlərinin ümumi radiasiyaya məruz qalması 43% artıb. Və burada istixana effekti aparıcı rol oynayır.

Son dəfə Yer kürəsi belə CO2 konsentrasiyasını 3-5 milyon il əvvəl yaşayıb. O zaman orta temperatur indikindən 2-3 dərəcə isti, okeanın səviyyəsi isə 10-20 metr yüksək olub.

Meteoroloqlar isə yaxın gələcəkdə Eosen dövrünə “dönə biləcəyimizdən” qorxurlar. O dövrün qlobal istiləşməsi planetin simasını dəyişmişdi. Həmin vaxt bir çox növlər yoxa çıxıb və bütün ekosistemlər məhv olub.

https://sputnik.az/world/20191126/422438647/milyon-iller-evvele-done-bilerik.html