Robert Köçəryan həbsdən buraxılmadı

Ermənistanın Apelyasiya Məhkəməsi ikinci prezident Robert Köçəryanı həbsdə saxlayıb.

Azunion.org Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə jurnalistlərə vəkil Vaaqna Muradyan məlumat verib.

“Apelyasiya məhkəməsi Robert Köçəryanın vəkillərinin xahişini rədd etdi və onu həbsdə saxladı”, – vəkil bildirib.

Daha əvvəl sabiq prezidentin vəkili Ruben Saakyan jurnalistlərə bildirib ki, müdafiə tərəfi Apelyasiya Məhkəməsindən onun azad olmasını tələb edir. Onun sözlərinə görə, prezident toxunulmazdır və onun təqsirini dəstəkləyən heç bir dəlil yoxdur.

Köçəryan 2008-ci il martın 1-də prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır.