«Rusiya azərbaycanlıları ittifaqı» Respublika Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edir!

Hörmətli Həmvətənlər!

Qarşıdan hər il 28 may tarixində qeyd etdiyimiz, xalqımızın böyük dövlət bayramı – Respublika Günü gəlir. 1918 ci ilin bu günündə müasir müstəqil Azərbaycan Respublikasının sələfi olmuş Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etmişdir. Baxmayaraq ki, AXC 28 aprel 1920 ci ilə qədər, cəmisi 23 ay yaşadı, bu müddət ərzində Azərbaycan dövlətçiliyinin əsasını qoymağa müyəssər oldu. Azərbaycan dövlətinin müstəqilliyi 18 oktyabr 1991 ci ildə yenidən bərpa edildi.

AXC nin mövcud olduğu illər olduqca ağır olsa da, xalqımızın tarixində qızıl dövr kimi səciyyələndirilə bilər. Əcdadlarımız 101 il öncə bütün şərqdə ilk dəfə Demokratik Respublika yaratdılar. Bütün islam dünyasında ilk dəfə məhz Azərbaycan Xalq Cümhuriyyətində qadınlar kişilərlə bərabər hüquqlara malik oldular. Bundan başqa, AXC sosial ədalətlilik prinsipi əsasında qurulmuş dövlət idi. Demək olar ki, bugün müasir Avropa ölkələrində hökmranlıq edən bütün demokratik prinsiplər Azərbaycanda hələ AXC nin mövcud olduğu illərdə reallaşdırılmışdı. Buna görə 28 may – Respublika Günü hər bir azərbaycanlı üçün qürur günüdür.

Şəxsən öz adımdan və ‘’Rusiya Azərbaycanlıları İttifaqı’’nın və ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’nun adından sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm! Hamınıza firavanlıq, möhkəm can sağlığı, bolluca xeyirxahlıq və sevgi, uzun illər boyu dinc və xoşbəxt həyat arzu edirəm! Qoy uğur hər zaman yol yoldaşınız olsun!

Doğma Azərbaycana isə çiçəklənməsini, öz ərazi bütövlüyünün bərpasını, müstəqil dövlətçiliyinin möhkəmlənməsini və öz inkişafında yeni zirvələrə çatmasını arzu edirəm! Qoy güclü müstəqil Azərbaycan dövləti hər keçən il öz sərvətini və dünya arenasında siyasi ağırlığını artıraraq daha da güclənsin, əbədi yaşasın, Azərbaycanın Dövlət Bayrağı isə dünyanın ən hörmətli və nüfuzlu bayraqlarından birinə çevrilsin! Qoy vətənimizin düşmənləri həmişə Azərbaycan bayrağının önündə və altında başlarını önə əysinlər!

Güclü, müstəqil, demokratik, azad və iqtisadi cəhətdən çiçəklənən Azərbaycana eşq olsun!
Dərin hörmətlə,
Fizuli Məmmədov

‘’Rusiya Azərbaycanlıları İttifaqı’’ nın və ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’ nun Prezidenti