Rusiya Dövlət Dumasında Azərbaycanla münasibətlərə dair dəyirmi masa keçirilib

Moskvada Rusiya Dövlət Dumasında “Mulkultural dialoqun əsasını təşkil edən Rusiya və Azərbaycan arasında mədəni körpülər” adlı dəyirmi masa keçirilib.

Azunion.org “report”a istinadən bildirir ki, tədbirin təşkilatçısı qismində çıxış edən Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitə sədri Leonid Kalaşnikov Azərbaycan və Rusiya arsında olan münasibətlərin inkişafından danışıb.

O qeyd edib ki, Azərbaycan və Rusiya arasında münasibətlər inkişaf edir: “Acılan körpü hər iki ölkənin iqtiasdiyyattının inkişafına təkan verməklə yanaşı ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Azərbaycan parlamentinin Xəzər dənizində əməkdaşlıqla bağlı sənədlərin radifiksiya edilməsi iki ölkənin münasibətlərinin göstəricisidir”-deyə, o vurğulayıb. Çıxış edən Dumanın Rusiya-Azərbaycan parlamentlərarasl İşçi qrupunun rəhbəri Dimitriy Savelyev isə Azərbaycanda olan multikultralizmə diqqət yetirərək qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu kurs sayəsində Azərbaycan bu gün də inkişaf etməkdədir: “Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən zəbt olunub. Buna baxmayaraq Bakıda erməni kilsəsi fəaliyyət göstərir. Bu, Azərbaycanın tolerantlığının göstəricisidir. Azərbaycan bu gün inkişaf edərək dünyaya məhsullar ixrac edir. Güclü reqional dövlətə çevrilib. Bu Heydər Əliyevin qoyduğu bir irsin davamıdır”-deyə, deputat vurğulayıb. Dmitri Savelyevin fikrincə, Rusiya-Azərbaycan ortaq informasiya-mədəniyyət məkanının inkişaf perspektivlərinin müəyyən edilməsi məqsədilə cari vəziyyət çox ciddi təhlil edilməlidir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüoğlu bu cür dəyirmi masaların münasibətlərin inkişafına təkan verdiyini qeyd edərək Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinə təşəkkür edib.

Azərbaycan Milli Məclisinin Rusiya ilə parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynili isə çıxışında iki ölkə arasında münasibətlərin inkişafından danışaraq burada diasporun rolunu da vurğulayıb. O qeyd edib ki, iki ölkənin hərtərəfli inkişafında, xalq diplomatiyasının qurulmasında diasporun rolu danılmazdır.

Ə. Hüseynli vurğulayıb ki, həm Azərbaycanın, həm Rusiyanın parlament rəhbərləri ikitərəfli münasibətlərə xüsusi qiymət verir: “Biz deputatlar isə Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına təkan verməli və bu istiqamətdə işləməliyik. Nəzərinizə çatdırmaq istərdim ki son illər biz buna nail oluruq”-deyə, o bildirib.

Multikultural dialoqun möhkəmlənməsi və strateji tərəfdaşlar arasında xalq diplomatiyasının inkişafı ilə bağlı aktual məsələlərin müzakirə olunması üçün Rusiya və Azərbaycan mədəniyyət nazirliklərinin, Azərbaycanın Moskvadakı səfirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, habelə Yazıçılar İttifaqının, Bəstəkarlar İttifaqının, Teatr Xadimləri İttifaqının üzvləri, Rusiyanın və Azərbaycanın aparıcı ali məktəblərinin əməkdaşları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri dəyirmi masada iştiraki edirlər.