Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi müəyyənləşdi

Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllələnən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 27 yaşlı Ruslan Hüseynovun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.

Azunion.org “report”a istinadən bildirir ki, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus vətəndaşı Tarasau Ruslandır.

O, saxlanıldığı Arxanegls şəhəri, Plesetsk rayonu polisinə günahını etiraf edib. Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.

Yanvarın 31-də gecə saatlarında Ruslan Hüseynov aldığı beş güllə yarasından hadisə yerində həyatını itirib. Onun nəşi Azərbaycana gətirlərək doğulduğu rayonda dəfn olunub.