Rusiyada görünməyən peyk kəşf olunub

“Roskosmos” 10-20 mindən çox kilometr hündürlükdə olan orbitlərdə kosmik aparatları maskalamağı təklif edir

Rusiyanın “Roskosmos” dövlət korporasiyası kosmik aparatların optik vasitələrlə müşahidə edilməsini gizlədən üsulu patentləşdirib. Sputnik Azərbaycan “RİA Novosti“yə istinadən xəbər verir ki, patent alınması üzrə məlumat İntellektual Mülkiyyət üzrə Federal Xidmətin bazasında yerləşdirilib.

Qeyd olunur ki, kəşf spektrin görünən diapazonunda kosmik aparatın görünməsini azaltmağa icazə verəcək. Texnologiyaya əsasən, peyklər işığı yayan xüsusi yüngül qabarcıqlı nazik pərdə ilə örtüləcək. Bununla da Yer planetindən izlənmə zamanı obyektin görünməsi 10 dəfədən çox azalır.

“Roskosmos” 10-20 mindən çox kilometr hündürlükdə olan orbitlərdə kosmik aparatları maskalamağı təklif edir. Çünki, həmin məsafədə radiolokasiya vasitələri ilə müşahidə qeyri-effektiv olur, bununla da optik müşahidə vasitələrindən istifadə olunur.

Kosmik siyasət institutunun rəhbəri İvan Moiseyev izah edib ki, peyklər üçün maskalanmanın kəşfi hərbi məqsədlərlə də istifadə oluna bilər. Onun sözlərinə görə, radiolokasiya və optik diapazonlar vasitəsilə çəkilən fotolarla peykin manevr edib-etməməsini və haraya getməsini müəyyənləşdirmək olar. Lakin yeni texnologiya bu manevrləri müşahidələrdən qorumağa imkan verəcək.

https://sputnik.az/russia/20190817/421488489/rusiyada-gorunmeyen-peyk-keshf-olunub.html