Rusiyalı turistlər Azərbaycandan keçməklə Gürcüstana getməyə davam edirlər

Azərbaycanın turizm şirkətləri Gürcüstan istiqamətində fəaliyyəti adi rejimdə davam etdirir.

Trend bu barədə yerli turizm operatorlarına istinadən məlumat verir.

Agentliyin rəyini öyrəndiyi şirkətlər bildirib ki, Gürcüstana Azərbaycan vasitəsilə getmək üçün bilet almış rusiyalı turistlər öz səfərlərini ləğv etməyib.

Qeyd edək ki, Rusiya iyulun 8-dən başlayaraq Gürcüstana uçuşların dayandırılacağını elan etmişdi.

Bunun əvəzində Gürcüstan Hotellər Assosiasiyası rusiyalı turistlərin Gürcüsrana Azərbaycan ərazisindən daşınmasını təklif etmişdi.