Rusiyanın müdafiə naziri Türkiyəyə gedir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcək.

Azunion.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Şoyqunu Türkiyəyə bu ölkənin milli müdafiə naziri Hulusi Akar dəvət edib.

Hər iki ölkənin nazirinin görüşündə Suriyadakı hadisələr ilə başda İdlib olmaqla bölgədəki son vəziyyətin müzakirə olunması gözlənilir.